“İmedi”nin sabiq əməkdaşı siyasi partiya yaradır

“İmedi”nin sabiq əməkdaşı siyasi partiya yaradır
# 15 yanvar 2008 11:09 (UTC +04:00)
Gürcüstanın “İmedi” teleşirkətinin keçmiş ictimai-siyasi proqramlar direktoru Georgi Tarqamadze siyasi partiya yaradır. APA-nın Gürcüstan bürosunun məlumatılna görə, G. Tarqamadze bu niyyətini “Mze” televiziyasına müsahibəsində açıqlayıb. O bildirib ki, yeni partiya xristian-demokrat ideologiyasına əsaslanacaq: “Bizim üçün Gürcüstan patriarxlığının və katalikos-patriarxın özünün məsələyə münasibəti çox vacib olacaq”. Xatırladaq ki, G. Tarqamadze yanvarın 12-də “İmedi” teleşirkətini tərk edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR