Mixail Saakaşvilinin andiçmə mərasimində Rusiyanı Sergey Lavrov təmsil edəcək

Mixail Saakaşvilinin andiçmə mərasimində Rusiyanı Sergey Lavrov təmsil edəcək
# 16 yanvar 2008 14:17 (UTC +04:00)
Gürcüstan prezidenti Mixail Saakaşvilinin andiçmə mərasimində Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Gürcüstandakı səfiri Vyaçeslav Kovalenko açıqlayıb. O, Gürcüstan xarici işlər nazirinin müavini Qriqol Katamadze ilə görüşündə inauqurasiyaya gələcək Rusiya nümayəndə heyətinə S. Lavrovun başçılıq edəcəyini bildirib.
Qeyd edək ki, M. Şaakaşvilinin andiçmə mərasimi yanvarın 20-də keçiriləcək. Mərasim iki hissədən ibarət olacaq. Birinci hissə Kutaisi şəhərindəki Baqrat məbədində, ikinci hissə isə Tiflisdə, parlament binasının qarşısında keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR