Belarus Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirakını dayandırır

Belarus Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirakını dayandırır
# 28 iyun 2021 18:52 (UTC +04:00)

Belarus Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirakını dayandırır.

APA-nın xəbərinə görə, bu barədə bu gün Belarus Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Aİ tərəfindən Belarusa qarşı bənzəri olmayan məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı təşkilatın Belarusdakı Nümayəndəliyinin rəhbəri Dirk Şubel XİN-ə çağırılıb.

Görüş zamanı suveren və müstəqil dövlətə təzyiq aləti kimi sanksiyaların tətbiq olunmasının tamamilə yolverilməzliyi haqda Belarus tərəfinin qəti mövqeyi Aİ səfirinin diqqətinə çatdırılıb.

Bildirilib ki, Belarus Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsündə iştirakını dayandırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR