Duma MDB ölkələri vətəndaşlarının şəxsi məlumatlarının mübadiləsi haqda sazişi ratifikasiya edib

Rusiya Dövlət Duması

© APA | Rusiya Dövlət Duması

# 26 oktyabr 2021 14:59 (UTC +04:00)

Rusiya Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Rusiya Prezidenti Vladimir Putin tərəfindən təqdim edilmiş MDB ölkələri vətəndaşlarının şəxsi məlumatların mübadiləsi sahəsində inzibati məsələlərdə qarşılıqlı hüquqi yardım haqqında sazişi ratifikasiya edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, fərdi məlumatların mübadiləsi sahəsində inzibati məsələlərdə qarşılıqlı hüquqi yardım haqqında saziş 2020-ci il dekabrın 18-də Moskvada imzalanıb.

Qeyd edək ki, hüquqi yardım üçün sorğunun predmeti vətəndaşlığın olması (olmaması), MDB ölkələrinin ərazisində daimi (müvəqqəti) yaşamaq və ya yaşamaq hüququ verən sənədlərin olması, dövlətlərin vətəndaşlarının, üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri, miqrasiya qeydiyyatı və ya qeydiyyata alınması haqqında məlumatlardır.

Eyni zamanda, vətəndaşların əmlak öhdəlikləri, onların cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi və digər məsələlərlə bağlı məlumat mübadiləsinin aparılması da nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR