Ermənistan yeni AES-in inşası üçün danışıqlara başlayıb

Ermənistan yeni AES-in inşası üçün danışıqlara başlayıb
# 06 oktyabr 2021 20:59 (UTC +04:00)

Ermənistan hökuməti yeni Atom Elektrik Stansiyasının (AES) inşası ilə bağlı Rusiyanın mədən şirkəti “Qeopromayninq”lə danışıqlar aparır.

APA TASS-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

“Mis əritmə zavodunun inşası üçün investisiya öhdəlikləri götürən “Qeopromayninq” şirkəti ilə yeni AES-in inşası ilə bağlı danışıqlara başladıq. Əlbəttə ki, hökumətin bu prosesdə iştirakı aktiv olmalıdır, çünki AES tamamilə şəxsi təşəbbüs ola bilməz”, - Paşinyan belə deyib.

Onun sözlərinə görə, “hökumət mis əritmə zavodunun və yeni AES-in inşasına 2025-ci ilin iyun ayına qədər eyni vaxtda başlanılmasına çalışır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR