Ermənistanda COVİD-19-a yoluxanların sayı 224 797 nəfərə çatıb

Ermənistanda COVİD-19-a yoluxanların sayı  224 797  nəfərə çatıb
# 27 iyun 2021 11:02 (UTC +04:00)

Ermənistanda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 224 797 nəfərə çatıb.

APA-nın “armeniasputnik.am” saytına istinadən verdiyi məlumata görə, ötən sutka ərzində daha 69 nəfər COVİD-19-a yoluxub, 2 nəfər ölüb.

Bununla da Ermənistanda koronavirusdan ölənlərin sayı 4508 nəfərə çatıb. Koronavirusa yoluxan və digər səbəblərdən isə ötən sutka ərzində 1 nəfər həyatını itirib. Bununla da koronavirusa yoluxan və digər səbəblərdən ölənlərin sayı 1098 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR