Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 140 yoluxma halı qeydə alınıb.
APA-nın “news am”a istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 221 699 nəfərə çatıb.
Son sutka ərzində 7 nəfər koronavirusdan ölüb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4371 nəfərə çatıb.