Ermənistanda daha 683 nəfər COVID-19-a yoluxub, 7 nəfər ölüb

Ermənistanda daha 683 nəfər COVID-19-a yoluxub, 7 nəfər ölüb
# 26 avqust 2021 11:34 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 683 yoluxma halı qeydə alınıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 239 739 nəfərə çatıb.

Son 24 saat ərzində ölkədə COVID-19-dan 7 ölüm halı qeydə alınıb və bununla da infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4785 nəfərə yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR