Ermənistanda koronavirusa yoluxanların sayı 223 285 nəfərə çatıb

Ermənistanda koronavirusa yoluxanların sayı 223 285 nəfərə çatıb
# 08 iyun 2021 11:27 (UTC +04:00)

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 73 yoluxma halı qeydə alınıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 223 285 nəfərə çatıb.

Ermənistanda son sutka ərzində ilk dəfə olaraq COVID-19-dan ölüm halı qeydə alınmayıb.

Ermənistanda koronavirus infeksiyasından ölənlərin ümumi sayı 4463 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR