Kreml: Əfqanıstanla bağlı siyasəti ABŞ-ın imicinə zərər vurub

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 09 sentyabr 2021 17:30 (UTC +04:00)

ABŞ-ın Əfqanıstanla bağlı qərarlarını uğursuzluq kimi qiymətləndirmək olar.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Əfqanıstanla bağlı siyasəti ABŞ-ın imicinə zərər vurub.

“Əgər Əfqanıstanda baş verənlərdən danışsaq, çətin ki, bunu uğur adlandırmaq olsun. Daha dəqiq desək, bunu uğursuzluq adlandırmaq olar. Digər tərəfdən, bu, amerikalıların yaşadığı birinci uğursuzluq deyil. Aydındır ki, ABŞ-ın öz maraqlarına praqmatik yanaşma baxımından zərər o qədər də böyük deyil. Güman ki, bu, imicə vurulmuş zərərdir”, - deyə D. Peskov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR