Kreml: Paşinyanın inamlı qələbə qazandığını görürük

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 21 iyun 2021 14:18 (UTC +04:00)

“Biz İrəvandan gələn məlumatları diqqətlə izləyirik. Ermənistan Mərkəzi Seçki Komissiyasının seçkilərin baş tutması ilə bağlı məlumatını alqışlayırıq. Əlbəttə ki, biz Paşinyanın partiyasının inamlı qələbə qazandığını görürük”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “Moskva Ermənistandakı seçkilərin nəticələrini necə qiymətləndirir?” sualına cavabında deyib.

“Ermənistan Rusiyanın yaxın müttəfiqi və tərəfdaşıdır. Əlbəttə, arzu edirik ki, erməni xalqının bu seçimi ölkənin yaşadığı çətinliklərlə mübarizəsinə, eyni zamanda, Rusiya Prezidentinin birbaşa iştirakı ilə imzalanan üçtərəfli bəyanatın reallaşması yolu ilə dayanıqlı inkişaf trayektoriyasına çıxmağa kömək etsin”, - deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR