Kreml Putinin Belarus səfərinin detallarını açıqlayıb

Rusiya prezidenti Vladimir Putin

© APA | Rusiya prezidenti Vladimir Putin

# 12 sentyabr 2021 18:10 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin MDB sammitində iştirak etmək üçün oktyabr ayında Belarusa səfər etməyi planlaşdırır.

APA-nın məlumatına görə, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov RİA Novosti-yə bildirib.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, o və Putin oktyabr ayında MDB ölkələrinin sammiti üçün Minskə səfərini razılaşdırıblar.

Peskov da bunu təsdiqləyib: "Bəli. Belə planlar var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR