Lavrov: “Gəlin, Ermənistanda hökumətin formalaşmasını gözləyək”

Lavrov: “Gəlin, Ermənistanda hökumətin formalaşmasını gözləyək”

© APA | Sergey Lavrov

# 21 iyun 2021 15:48 (UTC +04:00)

“Seçkilər hələ indi baş tutub. Seçkilərin nəticələrinin yeni şərtlərdə Ermənistanda siyasi vəziyyətin formalaşmasına necə təsir edəcəyi hələlik aydın deyil. Gəlin, hökumətin formalaşmasını gözləyək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT Baş katibi, xanım Helqa Şmidlə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib. 

“Biz hesab edirik ki ki, üçtərəfli bəyanatlar işləyir və bu bəyanatlar bütün cəlb olunmuş tərəflərin maraqlarına cavab verir”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR