Lavrov: “İŞİD NATO qoşunlarının Əfqanıstanda tərk etdiyi əraziləri tutur”

Sergey Lavrov

© APA | Sergey Lavrov

# 02 iyul 2021 15:18 (UTC +04:00)

“Rusiya İŞİD terrorçu qruplaşmasının Əfqanıstanın şimalında güclənməsindən narahatdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bu bizi narahat edir. Bir sıra rəsmi şəxslərin Kabildəki məsuliyyətsiz davranışları, NATO qoşunlarının Əfqanıstandan tələsik şəkildə çıxarılması şəraitində İŞİD-çilər fəal şəkildə Əfqanıstanın şimalında, bizə müttəfiq olan ölkələrin sərhədindəki əraziləri tutur”, - deyə Rusiya XİN başçısı bəhreynli həmkarı Abdel Latif əz-Zeyni ilə birgə mətbuat konfransında bildirib.

S. Lavrov ölkəsinin Mərkəzi Asiya dövlətlərinin etibarlı müdafiəsi üçün bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında məsləhətləşmələr apardığını söyləyib: “Biz həm ikitərəfli kanallarla, həm də KTMT çərçivəsində məsləhətləşmələr aparırıq ki, Mərkəzi Asiyada olan qonşularımızı bu birbaşa və çox ciddi təhlükədən etibarlı müdafiə edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR