Lavrovun İran XİN rəhbəri ilə görüş öncəsi ABŞ dövlət katibi ilə telefon danışığı olub

Entoni Blinken, Sergey Lavrov

© APA | Entoni Blinken, Sergey Lavrov

# 06 oktyabr 2021 11:55 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, ABŞ tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı S. Lavrov və E. Blinken İranın nüvə proqramının nizamlanması üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının tam icrasının bərpası perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər ikitərəfli gündəlikdə duran bir sıra aktual məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, S. Lavrov bu gün Moskvada iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR