Medvedev: “Ukraynanın hazırkı rəhbərliyi ilə danışıqlar aparmaq mənasızdır”

Dmitri Medvedev

© APA | Dmitri Medvedev

# 11 oktyabr 2021 12:36 (UTC +04:00)

“Ukraynanın hazırkı rəhbərliyi ilə danışıqlar aparmaq mənasızdır”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Kommersant” qəzetində Ukrayna haqqında yazdığı məqaləsində bildirib.

O, Ukrayna rəhbərliyi ilə danışıqlar aparmağın mümkün olmadığını və “ağlı başında olan rəhbərliyi” gözləməyin lazım olduğunu qeyd edib.

D. Medvedevin sözlərinə görə, Ukrayna tamamilə xarici qüvvələrin idarəsindədir: “Əbədi və əsas sual ortaya çıxır: Bu vəziyyətdə nə etməli? Heç nə! Ukraynada müharibə astanasında Rusiya ilə total qarşıdurmaya yönəlməyən, ölkə əhalisini aldatmaq və seçkilərdən əvvəl əzələlərini şişirtmək üçün yaradılmış “Krım platforması”nı təşkil etməyi düşünməyən, Rusiya ilə bərabərhüquqlu və qarşılıqlı sərfəli münasibətlər qurmağı düşünən, ağlı başında olan bir rəhbərliyin meydana çıxmasını gözləmək lazımdır. Ukraynanın yalnız belə rəhbərliyi ilə iş görməyə dəyər. Rusiya gözləməyi bacarır. Biz səbirli insanlarıq”.

Rusiyanın sabiq prezidenti Ukrayna prezidenti Vladimir Zelenskinin siyasi və əxlaqi oriyetasiyasını tamamilə dəyişdirdiyini və Ukraynanın ən quduz millətçi qüvvələrinə xidmət etməyə başladığını deyib: “Bu cür vəziyyətdə onlarla necə danışıqlar aparıb razılığa gəlmək olar? Heç cür!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR