Moskvanda hərbi yük maşını aşıb

Moskvanın mərkəzində aşan hərbi yük maşını

© APA | Moskvanın mərkəzində aşan hərbi yük maşını

# 16 iyul 2021 01:12 (UTC +04:00)

Moskvada hərbi karvanda hərəkətdə olan “KAmaz” markalı yük maşını aşıb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə Moskva dairəvi yolunda baş verib.

Hadisə nəticəsində beş zolaqlı yolun dördündə hərəkət məhdudlaşdırılıb.

Yük maşınının dönərkən sürüşdüyü və sonra aşdığı bildirilir. Moskva yol polisinin Telegram kanalında qəzanın saat 20:45-də baş verdiyi, sürücünün idarəetməni itirdiyi qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR