Özbəkistanda sel nəticəsində 8 nəfər ölüb

Özbəkistanda sel nəticəsində 8 nəfər ölüb
# 13 iyul 2021 16:57 (UTC +04:00)

Özbəkistanda leysan yağışları nəticəsində meydana gələn sel insan tələfatına səbəb olub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, Özbəkistanın Qırğızıstanla sərhəd Namanqan vilayətində sel nəticəsində 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu gün saat 13:30-da Qırğızıstanın Cəlal-Abad bölgəsində yağan güclü yağışlar səbəbindən Namanqan vilayətində Kasansay çayı daşıb.

Ərazidə axtarış və xilasetmə işləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR