Putin Rusiyanın Açıq Səma Müqaviləsindən çıxması haqqında qanunu Dumaya göndərib

Putin Rusiyanın Açıq Səma Müqaviləsindən çıxması haqqında qanunu Dumaya göndərib

© APA | Vladimir Putin

# 11 may 2021 11:03 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Açıq Səma Müqaviləsini denonsasiya etməsi haqqında qanun layihəsini Dövlət Dumasına göndərib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə məlumat Rusiya parlamentinin aşağı palatasının məlumat bazasında yer alıb.

Açıq Səma Müqaviləsi 1 yanvar 2002-ci il tarixində qüvvəyə minib və “soyuq müharibə”dən sonra Avropada inamın möhkəmləndirilməsi tədbirlərindən biri olub. Bu müqavilə iştirakçı üzv olan 34 ölkəyə bir-birlərinin silahlı qüvvələri və tədbirləri haqqında məlumat toplamağa imkan verib. Ötən ilin mayında ABŞ bu sazişdən çıxma prosedurunu başladıb və bu, noyabrın 22-də başa çatıb. Rəsmi Moskva isə bu ilin yanvarında məlum müqavilədən çıxdığını bəyan edib. Rusiya XİN Vaşinqtonun hərəkətlərinin digər dövlətlərin maraqlar balansını əhəmiyyətli dərəcədə pozduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR