Qazaxıstanın yeni müdafiə naziri təyin olunub - YENİLƏNİB

Murat Bektanov

© APA | Murat Bektanov

# 31 avqust 2021 13:14 (UTC +04:00)

General-leytenant Murat Bektanov Qazaxıstanın müdafiə naziri təyin olunub.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, Murat Bektanov 2020-ci il aprelin 5-dən müdafiə nazirinin birinci müavini – Qazaxıstan ordusunun Baş Qərargah rəisidir.

***

saat 11:20

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə naziri Nurlan Yermekbayevin istefasını qəbul edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi bildirib.

Qeyd edək ki, müdafiə naziri Nurlan Yermekbayev bir neçə gün əvvəl Cambul bölgəsində silah-sursat anbarında baş verən partlayışdan sonra istefa verəcəyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR