Rusiyada avtobus dayanacağa çırpılıb, 6 nəfər ölüb

Rusiyada avtobus dayanacağa çırpılıb, 6 nəfər ölüb
# 10 iyun 2021 08:47 (UTC +04:00)

Rusiyanın Sverdlovsk vilayətində avtobusun dayanacağa çırpılması nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Təcili yardım xidmətinin nümayəndəsi bildirib.

Hadisə Qornı yaşayış məntəqəsinin Kalinin küçəsində baş verib.

İlkin məlumata görə, hadisəyə səbəb avtomobilin əyləc sistemində yaranan nasazlıq olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR