Rusiyada COVID-19-dan ölənlərin sayı 183 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 183 mini ötüb
# 31 avqust 2021 12:33 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 17 813 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 6 918 965 nəfərə çatıb.

Son sutka ərzində 795 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 183 224 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR