Rusiyada koronavirusdan ölənlərin sayı 148 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 148 mini ötüb
# 18 iyul 2021 13:28 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 25 018 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 958 133 nəfərə çatıb.

Son sutka ərzində 764 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 148 419 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR