Rusiyada məhkəmə “Google” şirkətini 4 milyon rubl cərimələyib

Rusiyada məhkəmə “Google” şirkətini 4 milyon rubl cərimələyib
# 25 may 2021 17:01 (UTC +04:00)

Moskvanın Taqansakaya rayonunun 422 saylı sahəsinin Dünya məhkəməsi “Google” şirkətini 4 milyon rubl cərimələyib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, şirkət qeyri-qanuni məlumatları silmədiyi üçün cərimələnib.

““Google” şirkəti inzibati xəta törətməkdə günahkar bilinib və ona qarşı iki ayrı protokola əsasən, hər biri 2 milyon rubl miqdarında inzibatı cərimə tətbiq olunub”, - deyə məhkəmədən bildirilib.

Qeyd olunub ki, məhkəmə analoji iddia əsasında “Google” şirkətinə qarşı daha bir işə baxır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR