Rusiyada pandemiya dövründə bir sutkada maksimum ölüm sayı qeydə alınıb

Rusiyada pandemiya dövründə bir sutkada maksimum ölüm sayı qeydə alınıb
# 29 iyun 2021 12:24 (UTC +04:00)

Rusiyada son sutka ərzində 20 616 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 493 557 nəfərə çatıb.

Son sutka ərzində 652 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, Rusiyada pandemiya dövründə sutka ərzində qeydə alınmış maksimum ölüm sayıdır.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 134 545 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR