Rusiyada yol qəzasında 4 nəfər yaralanıb, 2 nəfər hadisə yerində ölüb

Rusiyada yol qəzasında 4 nəfər yaralanıb, 2 nəfər hadisə yerində ölüb
# 29 avqust 2021 00:24 (UTC +04:00)

Rusiyanın Omsk-Tümen magistral yolunun 451 kilometrliyində ölümlə nəticələnən yol qəzası baş verib.

APA Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, “Scania” markalı yük maşını ilə “Toyota” markalı minik avtomobili toqquşub.

Qəza zamanı 3-ü uşaq olmaqla 4 nəfər xəsarət alıb, iki nəfər isə hadisə yerində ölüb.
Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR