Rusiyanın fövqəladə hallar naziri təlimdə həlak olub

Yengeni Ziniçev

© APA | Yengeni Ziniçev

# 08 sentyabr 2021 13:42 (UTC +04:00)

Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev həlak olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Y. Ziniçev xidməti vəzifəsinin icrası zamanı ölüb.

“Yevgeni Ziniçev Norilskdə keçirilən qurumlararası təlimlərdə bir nəfərin həyatını xilas edərkən faciəli şəkildə həlak olub”, - deyə Rusiya FHN-in məlumatında qeyd olunur.

Y. Ziniçev 1966-cı ildə Leninqradda (indiki Sankt-Peterburq) doğulub. 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunub.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının üzvü idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR