Şoyqu erməni həmkarı ilə Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi məsələsini müzakirə edib

Şoyqu erməni həmkarı ilə Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi məsələsini müzakirə edib

© APA | Vaqarşak Arutyunyan və Sergey Şoyqu

# 17 iyun 2021 11:49 (UTC +04:00)

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Ermənistanın müdafiə naziri vəzifəsini icra edən Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

APA-nın “Sputnik Armeniya”ya istinadən verdiyi məlumata görə, S. Şoyqu və V. Arutyunyan Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Telefon danışığı zamanı həm də Ermənistan-Azərbaycan sərhədinin Syünik və Qeqarkunsk vilayətlərindəki məntəqələrində Rusiya sərhədçilərinin yerləşdirilməsi məsələsi müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR