Virusoloq: “Qəhvə COVID-19-a yoluxma riskini azaldır”

Virusoloq: “Qəhvə COVID-19-a yoluxma riskini azaldır”
# 14 iyul 2021 01:16 (UTC +04:00)

“Amerikalı alimlərin gəldiyi qənaətə görə, qəhvə COVID-19-a yoluxma riskini 10 faiz azaldır”.
APA xəbər verir ki, bunu Lomonosov adına Moskva Dövlət Universitetinin aparıcı tədqiqatçısı, virusoloq Maksim Skulaçev “Moskva 24”ə açıqlamasında deyib.

M.Skulaçevin sözlərinə görə, tədqiqatı İllinoys ştatının “Northwestern” Universitetinin mütəxəssisləri aparıb: ABŞ mütəxəssisləri mütəmadi qəhvə istehlakının koronavirusa yoluxma ehtimalını azalda biləcəyini söyləyirlər. Tədqiqat müəllifləri iddia edirlər ki, bir fincan və ya daha çox kofe qəbul edənlərin COVID-19-a yoluxma riski 10 faiz daha azdır”.
Rusiyalı mütəxəssis əlavə edib ki, qəhvə içən yaşlı insanlarda sətəlcəmin inkişaf riski də azalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR