Mədəniyyət Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb

Mədəniyyət Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait ayırıb
# 05 oktyabr 2020 17:06 (UTC +04:00)

Mədəniyyət Nazirliyi ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək üçün Silahlı Qüvvələrə Yardım Fonduna Nazirliyin Mərkəzi Aparatının əməkdaşlarının könüllü iştirakı ilə vəsait ayırıb.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, yardım vəsaiti 80 000 manat təşkil edir. 

Xatırladaq ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

Fondun əsasnaməsinə əsasən, Silahlı Qüvvələrin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycan ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər könüllü ödəmələr həyata keçirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR