Rübabə Muradovanın xatirəsinə həsr olunmuş tədbir keçirilib

Rübabə Muradovanın xatirəsinə həsr olunmuş tədbir keçirilib
# 22 fevral 2020 09:32 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, xanəndə Rübabə Muradovanın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, gecədə səhnəmizin unudulmaz Leylisinin repertuarından olan mahnıları Xalq artistləri Zabit Nəbizadə, Gülyaz Məmmədova, Əməkdar artist Sevinc Sarıyeva, xanəndələr Rövşən Bəşirov, Nisbət Sədrayeva, Vəliş Mirzəyev ifa ediblər.

İfaları tarzən Altay Niftəliyevin rəhbərlik etdiyi instrumental ansanblı müşayiət edib.

Tədbir Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsi çərçivəsində reallaşıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR