Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib
# 21 oktyabr 2020 18:47 (UTC +04:00)

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov tutduğu vəzifədən azad edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.

Qeyd edək ki, M. Şükürov 2015-ci il noyabr ayından Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi, daha sonra isə Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışırdı. 

O, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.

Onun yerinə hələlik təyinat olmayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR