Tunisdə İSESCO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin 11-ci konfransı keçirilib

Tunisdə İSESCO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin 11-ci konfransı keçirilib
# 17 dekabr 2019 16:45 (UTC +04:00)

Dekabrın 17-də “Tunis İslam Mədəniyyətinin Paytaxtı - 2019” Mədəniyyət ili çərçivəsində Tunis Respublikasının Tunis şəhərində İSESCO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin 11-ci konfransı keçirilib.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, konfransda Azərbaycanı Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Nümayəndə heyətinin tərkibində Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova və İSESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının koordinatoru Ələkbər Xıdırov yer alıb.

Konfransın açılış mərasimində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018” Mədəniyyət ili çərçivəsində mədəniyyətin təbliği və mədəni layihələrdə yaradıcılıq və innovasiyanın təşviqi məqsədilə həyata keçirilmiş “Ən yaxşı mədəni layihə üzrə İSESCO Mükafatı” təqdim olunub.

Tədbirdə çıxış edən V.Əliyev təşkilatçılara təşəkkürünü bildirib və konfransın mövzusuna uyğun olaraq İslam dünyasında mədəniyyət siyasətinin inkişafı üçün Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər və layihələr haqqında məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR