Azərbaycan xalçaları Kazanda keçirilən sərgidə nümayiş etdirilir - FOTO

Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi

© APA | Kazanda Azərbaycan Milli Xalça Muzeyinin sərgisi

# 08 iyul 2021 15:06 (UTC +04:00)

İyulun 7-də Rusiya Federasiyası Tatarıstan Respublikasında “Kazan Kremli” Muzey-Qoruğunda “Xalça sənəti – mənaların təkamülü” adlı sərginin açılışı olub.

Bu barədə APA-ya Azərbaycan Milli Xalça Muzeyindən bildirilib. Məlumata görə, Tatarıstanın paytaxtında ilk dəfə olaraq Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş genişmiqyaslı ekspozisiya təqdim edilib.

Beləliklə, Kazan tamaşaçısı üçün xalçaları tarixi bir perspektivdə görmək, ornament və gizli mənalar dünyasına qərq olmaq üçün misilsiz fürsət yaranıb.

Qeyd edək ki, tədbirin açılışında Tatarıstan Respublikasının Mədəniyyət naziri İradə Ayupova, layihənin kuratoru, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova, Tatarıstan Xalqlar Dostluğu Evinin direktoru İrek Şaripov,Tatarıstan Azərbaycanlıları Regional İctimai Birliyinin sədri Bəhram Mustafayev, “Kazan Kremli” Muzey-Qoruğunun direktor müavini Svetlana Konovalova çıxış edərək sərginin əhəmiyyətindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR