Bursa şəhəri “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib

Bursa şəhəri “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib
# 17 sentyabr 2021 16:51 (UTC +04:00)

Türkiyənin Bursa şəhəri 2022-ci il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilib.

APA-nın məlumatına görə, bu barədə qərar Özbəkistanın Xivə şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 38-ci iclasında verilib.

Bundan başqa TÜRKSOY Daimi Şurasına sədrlik Özbəkistandan Türkiyəyə keçib.

Qeyd edək ki, iclasda mədəniyyət naziri Anar Kərimov Şuşa şəhərinin 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi təklifi ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR