II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində növbəti tədbir keçirilib

II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində növbəti tədbir

© APA | II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində növbəti tədbir

# 16 oktyabr 2021 19:03 (UTC +04:00)

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı” çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə ithaf olaraq “100 ilin sərvəti” adlı konsert proqramı təqdim olunub.

APA-nın məlumatına görə, konsert proqramında Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti çıxış edib. Leyla Baxışova, Emin İsmayılov, Fidan Məmmədzadə, Rusaln Persan, Sübhan Rüstəmov, Lalə İbrahimova, və başqalarının ifasında dünya şöhrətli bəstəkarların əsərlərini səsləndiriblər.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR