Qırğız nazir: “Türkdilli dövlətlər arasında zəif nöqtələri tapmaq lazımdır”

#
# 14:47
10 aprel 2021

“Türk Şurasında analiz və izləmə fəaliyyətləri çox mühüm yer tutur”.

APA-nın məlumatına görə, bunu bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər siyasəti naziri Kayrat İmanaliyev deyib.

O qeyd edib ki, türkdilli dövlətlər arasında əməkdaşlığı gücləndirmək, zəif nöqtələri tapmaq, media sahəsində əməkdaşlığı genişləndirmək lazımdır.

“2021-2022-ci illərdə media sahəsində praktik əməkdaşlığın həyata keçiriləcəyinə əminəm”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR