İTV Yayım Şurasının yeni üzvlüyünə namizədlərin siyahısı parlamentin iclasına tövsiyə edilib

Milli Məclisin Mədəniyyət komitəsinin iclası

© APA | Milli Məclisin Mədəniyyət komitəsinin iclası

# 06 oktyabr 2021 13:53 (UTC +04:00)

Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.

APA-nın məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi daxil edilib.

Komitə sədri Qənirə Paşayeva iclasın gündəliyinə daxil olan məsələ barədə məlumat verib.

İTV-nin Yayım Şurasının üzvlüyünə namizədliyi irəli sürülən şəxslər aşağıdakılardır:

Sahibkarlar Şurası tərəfindən:

Zeynalov Vüqar Eldar oğlu – Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti;

Abdullayeva İlhamə Xanlar qızı - Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Gənclər təşkilatları tərəfindən:

Əliyev Azər Ruslan oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri;

Axundova Ülviyyə Süleyman qızı – “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri.

Qadın cəmiyyətləri tərəfindən:

Yusifova Sevil Şərif qızı – Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti;

Mansurova Zərəngiz Dəmirçi qızı – Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini.

Qeyd edilib ki, İctimai Televiziya və Radio Yayımı haqqında Qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlərin 6 illik səlahiyyət müddəti 29 may 2021-ci il tarixində başa çatıb.
Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə Sahibkarlar Şurası tərəfindən Zeynalov Vüqar Eldar oğlu (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti), Abdullayeva İlhamə Xanlar qızı (Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri), gənclər təşkilatları tərəfindən Əliyev Azər Ruslan oğlu (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri), Axundova Ülviyyə Süleyman qızı (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri), qadın cəmiyyətləri tərəfindən Yusifova Sevil Şərif qızı (Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti), Mansurova Zərəngiz Dəmirçi qızı (Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini) yeni namizədlər olaraq irəli sürülüblər.

Müzakirələrdən sonra İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvlüyünə namizədlərin siyahısı parlamentin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR