Tokio-2020 ilə bağlı qərar 4 həftədən tez verilməyəcək

Tokio-2020 ilə bağlı qərar 4 həftədən tez verilməyəcək
# 22 mart 2020 20:55 (UTC +04:00)

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokio-2020 Yay Olimpiya Oyunlarının keçirilməsi ilə bağlı qərarını 4 həftədən tez verməyəcək.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, BOK-un İcraiyyə Komitəsi məsələylə bağlı yekun qərarı 4 həftəlik təxirə salıb.

Qurum ilk dəfə Tokio-2020 ilə bağlı qərar barədə vaxt müəyyənləşdirib. Həmin vaxt isə komitə üzvləri alternativ planlarla bağlı qərar verməzdən öncə vəziyyəti dəyərləndirəcək. 

Qeyd edək ki, Olimpiada iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR