2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən Madridin büdcəsi ixtisar olunacaq

2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən Madridin büdcəsi ixtisar olunacaq
# 01 dekabr 2011 08:52 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək məsələsində Bakının əsas rəqiblərindən olan İspaniya paytaxtı Madridin büdcəsi ixtisar olunacaq. APA-nın ESPN idman xəbərləri agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb hazırda İspaniyada iqtisadi durumun ağır olmasıdır. Belə ki, İspaniyada dərin kredit böhranı müşahidə edilir və ölkədə işsizlik səviyyəsi xeyli artıb.

Madridin 50,4 milyon avroluq Olimpiya ərizə büdcəsi təxminən 30-40% ixtisar ediləcək. Bu büdcə Madridin tanıtım kampaniyasına, idman infrastruktu smetasının hazırlanmasına və digər məqsədlərə sərf edilməlidir. Hesab olunur ki, bu məcburi ixtisar Madridin 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək arzusu üzərindən əslində xətt çəkmiş olur.

Xatırladaq ki, 2020-ci ilin Yay Olimpiya Oyunlarını qəbul etmək yarışında Bakının digər rəqibləri Doha, Tokio, Roma və İstanbuldur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR