Tokio-2020: Azərbaycan güləşçilərinin rəqibi bəlli olub

Tokio-2020:  Azərbaycan güləşçilərinin rəqibi bəlli olub

© APA | Mariya Stadnik

# 05 avqust 2021 09:22 (UTC +04:00)

Azərbaycan yığmasının son üç güləşçisinin Tokio-2020 Yay Olimpiya Oyunlarındakı rəqibləri bəlli olub.

Apasport.az saytının məlumatına görə, iki sərbəst kişi və bir qadın güləşçimiz yarışa 1/8 finaldan başlayacaq.

Şərif Şərifov (97 kq) rusiyalı əfsanə Abdulraşid Sədullayevlə görüşəcək.

Hacı Əliyev (65 kq) seneqallı Adama Dyatta ilə üz-üzə gələcək.

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə rusiyalı Stalvira Orşuçla qarşılaşacaq.

Qeyd edək ki, hər üç güləşçimiz xalça üzərinə sabah çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR