Ərdoğan: “Azərbaycanın Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edir və dəstəkləyirik” - VİDEO

Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada mətbuat konfransı

© APA | Azərbaycan və Türkiyə prezidentlərinin Şuşada mətbuat konfransı

# 15 iyun 2021 18:30 (UTC +04:00)

“Azərbaycanın Zəngəzur dəhlizi layihəsini çox əhəmiyyətli hesab edirik və bunu dəstəkləyirik”.

APA-nın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

R. T. Ərdoğan bildirib ki, bu layihənin həyata keçirilməsi Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni ortaq dəhliz açılacaq: “Bu, özündə çox böyük önəm əks etdirir. Pandemiyaya baxmayaraq, əkinçilikdən enerjiyə, nəqliyyatdan turizmə, müdafiədən təhsil və mədəniyyətə - hər sahədə işbirliyimizi irəliyə aparmaq üçün ortaq səylərimizi davam etdiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR