İraqın dövlət başçısı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb

İraq Respublikasının Prezidenti Bərham Saleh

© APA | İraq Respublikasının Prezidenti Bərham Saleh

# 27 may 2021 19:51 (UTC +04:00)

İraq Respublikasının Prezidenti Bərham Saleh Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

""Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram. Zati-aliləri Sizə möhkəm cansağlığı, müvəffəqiyyət, Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlığın dost xalqlarımızın rifahı naminə daha da möhkəmlənməsini arzu edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR