Ordubad SES-in tikintisinin davam etdirilməsinə 5 milyon manat ayrılıb

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 16 iyul 2021 14:23 (UTC +04:00)

Prezident İlham Əliyev Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncama əsasən, gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan əlavə olaraq 5,0 (beş) milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR