Qətərin Əmiri Azərbaycan Prezidentini təbrik edib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani və Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev

© APA | Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani və Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev

# 27 may 2021 15:01 (UTC +04:00)

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Qətər Dövlətinin xalqı adından, şəxsən öz adımdan Sizə və qardaş xalqınıza səmimi salamlarımı, ürəkdən gələn təbriklərimi və gözəl arzularımı çatdırmaqdan böyük məmnunluq və fərəh duyuram.

Zati-alinizə ən xoş diləklərimi çatdırır, xalqınıza inkişaf və firavanlıq, ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da möhkəmlənməsini arzulayıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

Qətər Dövləti Əmirinin müavini Abdullah bin Həməd Al Tani də Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

“ Zati-aliləri.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi salamlarımı, təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq və fərəh duyuram.
Zati-alinizə möhkəm cansağlığı və səadət diləyir, qardaş xalqınıza rifah və tərəqqi arzulayıram.

Xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR