Şri-Lanka dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib

Şri-Lanka Prezidenti Qotabaya Racapaksa

© APA | Şri-Lanka Prezidenti Qotabaya Racapaksa

# 01 iyun 2021 15:52 (UTC +04:00)

Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Qotabaya Racapaksa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.

APA-nın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə ən xoş arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Cənab Prezident, ölkələrimiz geniş bir regionda sülhü, təhlükəsizliyi, firavanlığı təşviq edən idealları və dəyərləri paylaşmaqda davam edir. Qoşulmama Hərəkatının sədri olaraq Sizin mahir idarəçiliyinizlə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli sıx əməkdaşlıq, dostluq münasibətləri davamlı olaraq inkişaf edir. İnanıram ki, yaxın gələcəkdə bu əməkdaşlıq iqtisadi cəhətdən vacib olan strateji tərəfdaşlıq sahələrində daha da güclənəcək.

Zati-aliləri, Sizə cansağlığı və xoşbəxtlik arzu edir, öz adımdan və Şri-Lanka xalqı adından böyük xalqınıza davamlı tərəqqi diləyirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR