"Berg Energy" cəbhədə əsgərlərimizlə görüşüb - FOTO

"Berg Energy" cəbhədə əsgərlərimizlə görüşüb - <span class=FOTO'>
# 09 oktyabr 2020 10:40 (UTC +04:00)

“Berg Energy” cəbhə bölgəsində düşmənlə qəhrəmancasına döyüşən əsgərlərimizlə görüşüb, onlara qida, isti geyim və digər zəruri ləvazimatlar aparıb. Eyni zamanda, “Berg” komandası azad olunan torpaqlarımızda əsgərlərimizin rahat hərəkəti üçün ordumuza “Hummer” markalı avtomobil hədiyyə edib. Avtomobilin təqdim edilməsində hal-hazırda ön cəbhədə olan peşəkar kikboksçu Zabit Səmədov da iştirak edib.

10 gündən artıqdır ki, yenilməz ordumuz düşmənə nəfəs almağa imkan vermir. Şanlı Azərbaycan ordusu saysız igidliklərə imza atır və mütləq üstünlük əldə edərək öz gücünü göstərir. Cəbhə boyu  qazanılan həlledici uğurlar və işğaldan azad olunan torpaqlar bu üstünlüyün ən bariz sübutudur. 30 ildir işğal altında olan torpaqlarımızı tam azad etməyimizə çox az qalıb.

Biz inanırıq ki, şanlı ordumuz düşmənə layiqli cavab verərək bütün torpaqlarımızı azad edəcək. “Berg Energy” cəbhə bölgəsində yerləşən hərbi hissələrə dəstəyin davamlı olacağını, hər kəsin qələbəyə fokuslandığı bu müharibədə sona qədər ordumuzun və xalqımızın yanında olduğunu bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR