"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı 65%-dək artıb

"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı 65%-dək artıb
# 29 aprel 2021 10:42 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 64,4 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 64,7% çoxdur.

Bu ilin aprel ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,1 mln. dollar olub ki, bu da mart ayı ilə müqayisədə 7,1% azdır.

Qeyd edək ki, 2017-ci ildən 2021-ci ilin aprel ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 537,7 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR