Özbəkistan-Azərbaycan onlayn biznes forumu keçiriləcək

Özbəkistan-Azərbaycan onlayn biznes forumu keçiriləcək
# 19 avqust 2020 16:38 (UTC +04:00)

25-27 avqust tarixlərində baş tutacaq «Made in Uzbekistan» biznes forumu tekstil sənayesində ikitərəfli tərəfdaşlığın inkişafı üçün yeni imkanlar təqdim edəcək. “Caspian Event Organisers” (“CEO”) şirkətindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar görüşlər çərçivəsində Özbəkistandan 28 şirkət iştirak edəcək.

Özbəkistanın Azərbaycandakı səfirinin sözlərinə görə, tədbir artıq Özbəkistan və Azərbaycan sahibkarları üçün pandemiya şəraitində təşkil edilən ikinci onlayn forumdur. “Bu dəfə biz diqqətimizi Özbəkistan iqtisadiyyatının ən perspektivli və inkişaf etmiş sahələrindən birinə - tekstil və tektil məhsullarının istehsalı və ixracına yönəltmişik. Özbəkistan yüksək keyfiyyətli tekstil məhsullarını Azərbaycan bazarına təqdim etməyə hazırdır. Əminəm ki, onlayn forum ölkələrimiz arasında işgüzar əlaqələrin inkişafına əlavə təkan verəcək və tekstil sənayesində ticarətin artmasına kömək edəcəkdir”, - deyə səfir qeyd edib.

Onlayn forumda iştirak etmək üçün Azərbaycan alıcıları, tekstil distribütorları, tikiş müəssisələrinin mütəxəssisləri, pərakəndə ticarət şəbəkələrinin nümayəndələri və investorlar dəvət olunurlar. Forumda iştirak etmək istəyən şəxslər aşağıdakı link vasitəsi ilə qeydiyyatdan keçə bilərlər: https://b2b-uz-textile.ceo.az/register-as-importer-az.

Biznes forumun proqramına avqustun 25-i plenar iclas, 26-27-si isə ikitərəfli görüşlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR