Deputat aidiyyəti orqanları süni qiymət artımına qarşı ciddi tədbirlər görməyə çağırıb - VİDEO

Deputat Əli Məsimli

© APA | Deputat Əli Məsimli

# 21 may 2021 11:30 (UTC +04:00)

“Son vaxtlar qiymətlərin süni artımının şahidi oluruq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, bunu iki amillə əlaqələndirirlər: “Birincisi tələb-təklif, ikincisi dünyada qiymətlərin artımı ilə. Amma tələb-təklif məsələsi doğru deyil. Çünki Azərbaycanda əhalinin gəlirləri aşağı düşür. İkinci məsələ ilə bağlı isə dünyada qiymət artımı 2%-dir, Azərbaycanda isə 4%. Bunu inzibati yollarla həll etmək mümkün deyil. 1%-lik qiymət artımı Azərbaycan ailələrinə ayda 34 milyon manat, ildə isə milyardlarla zərbə vurur. Bununla bağlı aidiyyəti orqanları ciddi tədbirlər görməyə çağırıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR